Qanunsuz tikililər problemi bələdiyyələr arasında dəqiq bölgünün olmaması ilə əlaqədardır. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə belə hesab edir.
“Baxmayaraq ki, Bakı və Abşeron yarımadasında qanunsuz tikilən evlərin əksəriyyətinə görə torpaq, əmlak vergisi tutulur, onlar hələ də rəsmi qeydiyyata alınmayıb”, - deyə A.Rəhimzadə bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, buna səbəb ondan ibarətdir ki, bələdiyyələrin hansı torpaqların dəqiq onlara məxsus olduğundan məlumatları yoxdur. “Çox vaxt bələdiyyə əməkdaşları bu və ya digər torpaq sahəsinin onlara və ya başqa bələdiyyəyə aid olduğunu bilmirlər. Bu da, qanunsuz tikililər probleminə səbəb olur. Torpaqlar bələdiyyələr arasında dəqiq bolünərək və torpaq xəritəsinə daxil ediləndən sonra məsələ öz həllini tapacaq”, - deyə Komitə sədri qeyd edib.
A.Rəhimzadə vurğulayıb ki, hazırda probleminə həllinə imkan yaradacaq xərtələrin hazırlanması üzərində iş aparılır.
O əlavə edib ki, bu cür xəritələr bələdiyyələrin əksəriyyəti üzrə hazırlanıb. “Bütövlükdə, 59 rayonda ərazi bölgüsünə dair mübahisələr var. Bu məsələlər həll olunandan sonra bələdiyyələr hansı ərazilərin onların idarəçiliyinə aid olduğunu biləcəklər”, - deyə Komitə sədri bəyan edib. **
R.Babayev