Fevralın 27-28-də Azərbaycan və Moldova Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək.
"XİN-lərarası məsləhətləşmələr fevralın 27-28-də Bakıda keçiriləcək. Moldovanın xarici işlər nazirinin müavini Lilian Dariy məsləhətləşmələrdə iştirak etmək üçün Azərbaycana gələcək”, – deyə Moldovanın Bakıdakı səfiri Georgi Leuka bu gün jurnalistlərə bildirib.*
F.İsazadə