Fevral ayının sonu-mart ayının əvvəlindəAzərbaycan Moldovaticarətvəiqtisadi əməkdaşlıq üzrəhökumətlərarası komissiyasının iclası keçiriləcək. Bu barədə bu gün jurnalistlərə Moldovanın Bakıdakı səfiri Georgi Leuka məlumat verib.
"Moldovanın baş nazirinin müavini Oktavian Kalmık iclasda iştirak etmək üçün Bakıya gələcək", - deyə o bildirib.
Səfirin sözlərinə görə, hazırda tərəflər iclasa hazırlıqla bağlı məsələlər üzərində işləyirlər.
G.Leuka qeyd edib ki, iclasda ticarət-iqtisadi əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunacaq.
O əlavə edib ki, ikitərəfli müqavilə-hüquq bazasının yenilənməsinə zərurət var. "Bu gün müqavilə-hüquq bazası 54 sənəddən ibarətdir. Yeni sənədlər üzərində iş gedir. Müdafiə və miqrasiya sahəsinə dair iki sənəd üzərində iş başa çatmaq üzrədir", - deyə diplomat vurğulayıb.
Səfir əlavə edib ki, tərəflər, həmçinin nəqliyyat sahəsində saziş layihəsi üzərində işləyirlər.*
F.İsazadə