Azərbaycanda əmək pensiyalarının məbləğinin təyin edilməsi sisteminə dəyişiklik edilməsi planlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
«Sözügedən qanun layihəsi yaxın zamanlarda Milli Məclisin müvafiq komissiyalarında müzakirə ediləcək», - deyə o, bu gün mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, təklif olunan dəyişikliklərə əsasən əmək pensiyalarının təyini zamanı tətbiq edilən 12 illik staj məhdudiyyətinin və “əmək pensiyasının baza hissəsi” anlayışının ləğvi nəzərdə tutulur.
«Qanunvericiliyə təklif olunan dəyişikliklərə əsasən pensiya təyin edilən zaman iş stajı nəzərə alınmayacaq», - deyə S.Müslümov qeyd edib.*
R.Babayev