Martın 7-də “VTB Bank (Azerbaijan)”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə bankdan məlumat verilib.
İclasın gündəliyi barədə təfərrüatlar açıqlanmır.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur. **
A.Axundov