Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka Kişinyovun GUAM-dan (Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat) çıxmasına zəmin görmür.
«Son zamanlar GUAM çərçivəsində əməkdaşlıq güclənir. Moldovanın Azərbaycandakı səfiri kimi bu təşkilatın xətti ilə Bakıda keçirilən bütün iclas və görüşlərdə iştirak edirəm. Zənnimcə, GUAM çərçivəsində əməkdaşlıq inkişaf edəcək», - deyə səfir bu gün jurnalistlərə bildirib.*
F.İsazadə