2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycana 1 mln. 441,4 min ton buğda idxal edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisindən 15,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $266 mln. 196,2 min (azalma 3,6%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $149 mln. 207,5 min dəyərində (artım 30,5%) 359,1 min ton şəkər xammalı və şəkər (artım 34,8%), $112 mln. 686,7 min dəyərində (artım 78,6%) 125,2 min ton bitki yağı (artım 21%), $38 mln. 820,3 min dəyərində (artım 2,9 dəfə) 11 min 117,5 ton çay (artım 81,3%), $45 mln. 305,5 min dəyərində (artım 2,2 dəfə) 13 min 465,1 ton kərə yağı və süd (artım 9,2%) idxal edilib.
2016-cı ilin yanvar-noyabr aylarında respublikaya $55 mln. 499,5 min dəyərində (artım 85%) 62 min 541,1 ton (artım 17,2%) meyvə, $16 mln. 887,3 min dəyərində (artım 3 dəfə) 43 min 522,2 ton tərəvəz (artım 82,1%), $29 mln. 954,7 min dəyərində (artım 3,2 dəfə) 163,2 min ton kartof (artım 48,4%) idxal edilib.
Yanvar-may aylarında ölkədən $105 mln. 198,9 min dəyərində (artım 61,5%) 116,4 min ton tərəvəz (artım 49,1%), $215 mln. 110,2 min dəyərində (artım 11,6%) 180,6 min ton meyvə (artım 25,9%), $15 mln. 782,8 min dəyərində (azalma 24,5%) 38 min 208,4 ton kartof (artım 4,3%), $5 mln. 584,4 min dəyərində (azalma 67,4%) 1 min 41 ton çay (azalma 72,3%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $59 mln. 787 min dəyərində (azalma 69,3%) 104,9 min ton şəkər (azalma 46,9%), $9 mln. 204,5 min dəyərində (azalma 82,8%) 8 min 828,1 ton bitki yağı (azalma 59,9%) ixrac edilib. **
N.Abbasova