Dağlıq Qarabağa qanunsuz səfər etmiş bloger Aleksandr Lapşin Azərbaycan tərəfinin xahişi ilə ekstradisiya edilməsi barədə Belarus Baş Prokurorluğunun qərarından şikayət verib. Bu barədə Minsk Şəhər Məhkəməsi sədrinin köməkçisi Anastasiya Şilvyan məlumat verib.
"A.Lapşin Minsk Şəhər Məhkəməsində Bakıya ekstradisiya edilməsi barədə qərardan şikayət verib", - deyə o, bu gün “İnterfaks-Qərb” agentliyinə bildirib.
Köməkçinin sözlərinə görə, şikayətə yanvarın 26-da Minsk Şəhər Məhkəməsində Belarus Cinayət-Prosessual Məcəlləsinin 516-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq qapalı məhkəmə iclasında baxılacaq.
Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində A.Lapşin barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırılıb. Bu maddələrə əsasən o, 5 ildən 8 ilədəkmüddətə azadlıqdan məhrum edilə bilər.*