Xəzəryanı dövlətlər Bakıda «Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında» Çərçivə Konvensiyası çərçivısində VI konfrans keçirmək niyyətindədir.
Bakıda «Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında» Çərçivə Konvensiyası çərçivısində VI konfransın keçirilməsi planlaşdırılır. Xəzərin ekoloji problemlərinin həlli məqsədilə Xəzəryanı dövlətlərlə əməkdaşlığın genişlənməsində maraqlıyıq”, - deyə xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun Bakıda keçirilən iclasında bildirib.
Bununla yanaşı, nazir müavini konfransın keçiriləcəyi tarixi dəqiqləşdiməyib.
"Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası(Framework Convention for the Protection of the Marine Environment of the Caspian Sea) - 2003-cü il noyabrın 4-də Tehran şəhərində (İran) imzalanıb və 12 avqust 2006-cı ildə qüvvəyə minib.
Bu Konvensiyanın məqsədi Xəzər dənizinin dəniz ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsindən ibarətdir. **
F.İsazadə