2016-cı ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 677,1 min kvadratmetr təşkil edib ki, bu da 2015-ci ilin göstəricisindən 13,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bununla belə, 2016-cı ilin dekabr ayında Azərbaycanda 157,3 min kvadratmetr yaşayış sahəsi istismara verilib.
Statistik məlumatlara əsasən, ötən il ərzində mənzil tikintisinə investisiyalar 683,5 mln. manat təşkil edib (azalma 35,2%).
Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 927,2 min kvadratmetr təşkil edib, bu isə 2014-cü ilin göstəricisindən 12,3% azdır. **
A.Axundov