Ötən gün Azərbaycan ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Sutka ərzində 91 cinayət faktı qeydə alınıb, onların 26-ı “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 41 nəfər tutulub.
Bundan başqa, axtarışda olan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.**
F.İsazadə