Ukraynanın sosial siyasət naziri Andrey Reva yanvarın 27-28-də Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ukraynanın Bakıdakı səfirliyindən məlumat verilib.
“Səfər çərçivəsində Ukraynanın Sosial Siyasət Nazirliyi ilə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Əməkdaşlıq Proqramının imzalanması planlaşdırılır”, - deyə səfirlikdən bildiriblər.
A.Reva səfər zamanı azərbaycanlı həmkarlı Səlim Müslümovla görüş keçirəcək.
“Bakıda danışıqlar zamanı ünvanlı sosial yardımın verilməsi və əlillik təyinatı və təsdiqi sisteminin ümumdövlət avtomatlaşdırılması və sadələşdirilməsinə dair tədbirlərin reallaşdırılması üzrə təcrübə mübadiləsi planlaşdırılır”, - deyə diplomatik nümayəndəlikdən qeyd olunub.
Bundan başqa, Ukrayna tərəfi qaçqınların və ölkə daxilindəköçürülmüş şəxslərin yerləşdirilməsində Azərbaycanın təcrübəsində maraqlıdır. **
F.İsazadə