Azərbaycan sərhədçiləri cənub bölgəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat verib.
“Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində Dövlət Sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilmiş küllü miqdarda narkotik vasitəni gizlədilmiş yerdən götürərək avtomobillə hadisə yerindən qaçmağa cəhd göstərən Ağdam rayon sakini Vəliyev Tapdıq və Laçın rayon sakini Nəbiyev Sənan sərhəd naryadı tərəfindən təqib olunaraq saxlanılıblar. Avtomobilə baxış zamanı 2 kq tiryək və 1 kq heroin aşkar olunaraq götürülüb”, - deyə məlumatda deyilir. **
R.Babayev