2016-cı ildə Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri 2015-ci illə müqayisədə 4,5% - 1 mlrd. 599,6 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin strukturunda 80,5% özəl sektorda fəaliyyət göstərən müəssisələrin payına düşüb.
Xidmətlərin 72,4%-nin istifadəçiləri fiziki şəxslər olub və onlara 1 mlrd. 158,1 mln. manatlıq xidmət göstərilib.
Ötən il rabitə xidmətlərinin ümumi həcminin 51,2%-i və ya 819,7 mln. manat (azalma 5,8%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.*
N.Abbasova