Azərbaycan Beynəlxalq Bankının (ABB) Müştəri Xidməti Departamentinin yeni konseptdə qurulmuş Pərakəndə xidmət ofisi müştərilərin istifadəsinə verilib. Bu barədə bankın məlumatında deyilir.
“Xidmət ofislərinin yeni konseptə uyğunlaşdırılması bankda reallaşdırılan filialların transformasiyası layihəsi çərçivəsində həyata keçirilir”, – deyə məlumatda bildirilir.
Layihə üzrə filiallarda müştərilərə xidmət prosesinin sadələşdirilməsi, məlumat mübadiləsinin daha sürətli və effektiv aparılması, növbədə gözləmə müddətlərinin qısaldılması yolu ilə müştəri məmnuniyyətinin yüksəldilməsi nəzərdə tutulub.*
A.Axundov