Prezident İlham Əliyev yanvarın 26-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandın etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev ölkələrimiz arasında əməkdaşlığın ən yüksək səviyyədə olduğunu vurğulayıb və Bakının İslamabadla əlaqələri bundan sonra da inkişaf etdirməkdə maraqlı olduğunu deyib.
Səfir prezident İ.Əliyevin Pakistana səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini söyləyib.
“Görüşdə ölkələrimiz arasında iqtisadi, sərmayə qoyuluşu, idxal-ixrac və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.*
R.Babayev