Azərbaycanda rusdilli ədəbiyyat yaşayır və inkişaf edir. Bunu Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin deyib.
«Azərbaycanda rusdilli ədəbiyyat ölmür, əksinə, yaşayır və inkişaf edir. Hesab edirəm ki, “Rusiya səfiri” ədəbi mükafatının təqdim edilməsi səfir vəzifəsində çalışdığım illər ərzində ən yaxşı tapıntımdır», - deyə o, bu gün Azərbaycanın rusdilli ədəbiyyat nümayəndələrinə 2016-cı il üçün ədəbi mükafatın təqdim edilməsi mərasimində bildirib.
Azərbaycan Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev Azərbaycan və Rusiya mədəniyyətlərinin qarşılıqlı şəkildə bir-birinə nüfuz etməsinin əhəmiyyətini qeyd edib.
«Biz bu gün rus dili vasitəsilə dünyaya çıxırıq", - deyə o vurğulayıb.
Ç.Abdullayev əlavə edib ki, son zamanlar Azərbaycanda rusdilli yazıçıların sayı artıb.
2016-cı il üçün “Rusiya səfiri” ədəbi mükafatına şair Tofiq Ağayev və yazıçı-publisist Ləman Bağırova layiq görülüblər.*
F.İsazadə