Milli Məclisin fevralın 14-də keçiriləcək plenar iclasında “Əmək pensiyası haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılacaq. Bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədriHadı Rəcəbli deyib.
“Əvvəlcə yanvarın 31-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun iştirakı ilə İşçi qrupunun iclası keçirləcək, fevralın 3-də isə biz Əmək və sosial siyasət komitəsinin iclasında pensiya islahatları ilə bağlı məsələni müzakirə edəcəyik”, - deyə o bildirib.
Sədrin sözlərinə görə, pensiya islahatları Azərbaycan rəhbərliyinin yürütdüyü sosial siyasətin mühüm elementidir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova istinadən verilən məlumata görə, “Əmək pensiyası haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən əmək pensiyalarının təyini zamanı tətbiq edilən 12 illik staj məhdudiyyətinin və “əmək pensiyasının baza hissəsi” anlayışının ləğvi nəzərdə tutulur.*
R.Babayev