2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycana 371,4 min ton sement və klinker idxal edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisindən 15,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Ölkəyə ümumilikdə $17 mln. 348,7 min dəyərində (аzаlma 32%) sement və klinker idxal olunub”, - deyə məlumatda deyilir.
Bundan başqa, 11 ay ərzində Azərbaycana $41 mln. 917,3 min dəyərində (azalma 29,3%) 136,9 min ton mineral gübrə (artım 7,5%) idxal olunub.
Hesabat dövründə ölkəyə $152 mln. 166,1 min dəyərində 253,3 min ton metalyayma məhsulu (azalma 0,6%), $40 mln. 379,7 min dəyərində 92,15 min ton qara metaldan hazırlanan çubuqlar (azalma 61,3%), $19 mln. 128 min dəyərində 26 min 417,8 ton qara metaldan hazırlanan günyə (azalma 36,8%), $434 mln. 173,8 min dəyərində 223,3 min ton qara metaldan hazırlanan boru (azalma 51,3%) idxal edilib.*
N.Abbasova