SOCAR “Günəşli” yatağındakı quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə şirkətin məlumatında deyilir.
121 nömrəli quyu 3 saylı dərin dəniz özülündən qazılıb.
Quyu sutkalıq 40 ton neft və 3,5 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.*
N.Abbasova