«Azəravtoyol» ASC Sabunçu-Ramana avtomobil yolunun tikintisini yekunlaşdırıb. Bu barədə ASC-nin məlumatında deyilir.
“İkizolaqlı yolun uzunluğu5.7 km, hərəkət hissəsinin eni 9 metr, hər iki tərəfdə səkilərin eni isə 1.5 metr təşkil edir. Ümumilikdə yolun təqribən 60 min m2 ərazisi asfaltlanıb.Yol boyu6426 paqon-metr yeni səki daşları düzülüb”, - deyə məlumatda bildirilir.
Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb, yük və sərnişin daşıması yaxşılaşdırılıb.*
N.Abbasova