GUAM ölkələrinin baş nazirləri fevral ayında Kiyevdə görüşəcəklər. Bunu Ukraynanın sosial siyasət naziri Andrey Reva deyib.
"Prezident İlham Əliyevlə görüşdə dövlət başçısı gələn ay Kiyevdə GUAM ölkələrinin baş nazirlərinin görüşünün keçirilməsi təşəbbüsünü dəstəklədi", - deyə o, bu gün Bakıda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşdə bildirib.
A.Revanın sözlərinə görə, Ukrayna tərəfi GUAM çərçivəsində sıx əməkdaşlıqda maraqlıdır.*
F.İsazadə