Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi əməliyyat qrupu dini ekstremizmdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşını zərərsizləşdirib.
“DTX tərəfindən dini ekstremizmdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Ceyhun Ocaqovun tutulması üçün yanvarın 26-da xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı C.Ocaqov silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silahdan istifadə olunmaqla məhv edilib”, - deyə DTX-nin məlumatında bildirilir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.*
F.İsazadə