Prezident İlham Əliyev yanvarın 29-da Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Söhbət zamanı Bakı ilə Vaşinqton arasında ikitərəfli əlaqələrə toxunulub, bu əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, Azərbaycan-ABŞ əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi əminliklə qeyd olunub.
Daha sonra Azərbaycan-İsrail əlaqələrindən danışılıb, əlaqələrimizin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğu bildirilib.
Görüşdə, həmçinin Azərbaycan ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.*
R.Babayev