Azərbaycan hökuməti ötən il buğda və çəltik istehsalına görə 80 mln. manat subsidiya verib. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
«2016-cı ildə buğda və çəltik istehsalçılarına 80 mln. manat subsidiya verilib. Ümumilikdə ötən il 407 mln. dollarlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Kənd təsərrüfatı məhsulları istehsalında 2,6% artım olub», - deyə o, bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, ötən il kartof və soğan istisna olmaqla, ixrac olunan bütün kənd təsərrüfatı məhsullarının istehsalı artıb.
H.Əsədov qeyd edib ki, heyvanlar arasında xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər ölkədə bu sahədə vəziyyəti tam stabil saxlamağa imkan verib.*
F.İsazadə