Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Neftçi”nin keçmiş futbolçusu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Məhkəmədən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bizneslə məşğul olan keçmiş futbolçu 2015-ci ilin dekabr ayında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 150 min manat məbləğində dələduzluqda şübhəli bilinərək saxlanılıb.*
R.Babayev