Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirilən növbəti depozit hərracında 150 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank yanvarın 30-da növbəti depozit hərracı keçirib.Bu il sayca 4-cü olan hərracda təklif 241,2 mln. manat təşkil etsə də, AMB 150 mln. manat cəlb edib. Orta ölçülmüş faiz dərəcəsi 14,6% təşkil edib”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, AMB 2016-cı ilin iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb.*
N.Abbasova