Prezident İlham Əliyev 2017-ci ilin noyabr ayında kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, görkəmli alim və hərbi xadim, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Kərimovun anadan olmasının 100 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasına Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi ilə birlikdə Kərim Kərimovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.*
F.İsazadə