Bu gün Bakı şəhəri, Xətai rayonundaçoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
“Xətai rayonundaçoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb”, - deyə məlumatda bildirilir.
Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 30 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib.*
A.Axundov