"Turkish Airlines" aviaşirkəti Bakı, Naxçıvan və Gəncədən İstanbula (Atatürk hava limanı) uçuşlara xüsusi aksiya keçirir. Bu barədə şirkətin saytında məlumat verilir.
Aksiya çərçivəsində Gəncə-İstanbul və Naxçıvan-İstanbul marşrutları (hər iki istiqamətə) üzrə biletlərin qiyməti 119 avrodan başlayır. Bakı-İstanbul reysi (hər iki istiqamətə) üzrə biletlərin qiyməti 159 avro təşkil edir.
Aksiya çərçivəsində biletlərin satışı fevralın 19-dək davam edəcək. Uçuş dövrü 9 fevral-30 aprel tarixlərini əhatə edir.
Hər bir təyinat ölkəsində qalma müddəti minimum 2 gün, maksimum 1 aydır.*
N.Abbasova