2016-cı ilin 11 ayı ərzində Azərbaycana kondisioner idxalı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 dəfə - 77,572 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $18 mln. 982,1 min məbləğində qiymətləndirilir (2015-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 7,1 dəfə).
Yanvar-noyabr aylarında hesablama maşınları, blok və qurğularının ölkəyə idxalında kəskin artım müşahidə olunub. 2016-cı ilin 11 ayı ərzində Azərbaycana $43 mln. 778,3 min dəyərində 210,4 min ədəd hesablama maşını, blok və qurğusu (artım 3,2 dəfə) idxal olunub.
Bundan başqa, yanvar-noyabr aylarında respublikaya ofis, mətbəx və yataq mebellərinin idxalı 2,1 dəfə - 84,78 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $15 mln. 40,1 min (artım 2,6 dəfə) təşkil edir.*
N.Abbasova