“Azər-Türk Bank” 2016-cı ildə aktivlərini 29,2% - 475 mln. 794,22 min manata qədər azaldıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə bankdan məlumat verilib.
1 yanvar 2017-ci il tarixinə bankın kredit portfeli 150 mln. 162,16 min manat (azalma 2,7 dəfə), o cümlədən istehlak kreditlərinin həcmi 31 mln. 453,12 min manat (artım 1,5%) təşkil edib.
Bankın öhdəlikləri 414 mln. 903,58 min manata (azalma 33%) bərabərdir.
2017-ci ilin əvvəlinə bankda depozitlər 267 mln. 976,6 min manat (artım 10,3%), əhalinin əmanətləri 135 mln. 954,29 min manat (azalma 23,07%) təşkil edib.
2017-ci il yanvarın 1-nə bankın kapitalı 57 mln. 683,82 min manata (artım 13,3%), nizamnamə kapitalı 50 mln. manata (dəyişməyib) bərabərdir.
Ötən ilin yekunları üzrə bankın xalis mənfəəti 7 mln. 337,82 min manat təşkil edib.
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (75%), “Ziraat Bank”, “AzRe Təkrarsığorta” və “Qala Həyat Sığorta” şirkətləridir.*
A.Axundov