Bakı və Doha iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, bu gün XİN başçısı Bakıda qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşüb.
"İqtisadi sahədə böyük planlarımız var. Əməkdaşlıq üçün böyük perspektivlər mövcuddur. Bu ilin fevralında biz iqtisadi münasibətlərin inkişafına dair danışıqları intensivləşdirməyi planlaşdırırıq", - deyə E.Məmmədyarov Qətərin XİN başçısı ilə mətbuat konfransında bildirib.
O qeyd edib ki, tərəflər, həmçinin “Azərbaycan və Qətər arasında investisiyaların təşviqi üçün suveren fond”un yaradılması məsələsini də müzakirə edirlər.*
F.İsazadə