Bakı beynəlxalq təşkilatlarla işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı danışqlar aparır. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Danışıqlar gedir və təhlükəsizlik məsələsindən başlayaraq müxtəlif məsələləri əhatə edir. Bu, bir günlük proses deyil. Gərək görüləcək işlərlə (kəndin bərpası üçün – İF-Az) bağlı paket hazırlayasan”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Bununla yanaşı, nazir əlavə edib ki, kəndin bərpası ilə ilk növbədə Azərbaycan hökuməti məşğul olacaq.
E.Məmmədyarovun sözlərinə görə, Cocuq Mərcanlı – Azərbaycan ərazilərinin işğaldan azad olunması istiqamətində ilk addımdır.
"Azərbaycan vətəndaşı kimi şübhə etmirəm ki, işğal olmuş rayonları bir-bir azad edəcəyik. Amma gec-tez məsələsi var", - deyə o vurğulayıb.*
F.İsazadə