Fevralın 1-dən Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı benzinin pərakəndə satış qiyməti bahalaşıb
«Premium Euro-95» markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1,05 manatdan 1,15 manata qədər bahalaşıb.
“Super Euro-98” markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti isə 1,1 manatdan 1,2 manata qədər bahalaşıb.
«Qiymət artımına səbəb bu benzin növlərinin ölkəyə idxal olunması və məzənnə dəyişiklikləridir», - deyə neft bazarındakı mənbə “İnterfraks-Azərbaycan” agentliyinə bildirib.*
A.Əzizov