2016-cı ildə 8,5 minə yaxın borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Bunu ədliyyə naziri Fikrət Məmmədov deyib.
“Hesabat dövründə 8,435 min borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 1,857 min şəxsdən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb”, - deyə o, Ədliyyə Nazirliyinin geniş kollegiya iclasında bildirib.
Məhkəmə qərarlarının icrası sahəsində 2016-cı ildə iş yükü kəskin artıb və icra qurumlarına 2015-ci illə müqayisədə 60% çox icra işi daxil olub.
İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 6,548 min şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
“O cümlədən 3,519 min şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 316 şəxs barəsində cinayət işi başlanılıb”, - deyə nazir qeyd edib.*
R.Babayev