2016-cı ildə Azərbaycanda notariat orqanlarında 3,6 mln.-dan çox əməliyyat aparılıb. Bunu ədliyyə naziri Fikrət Məmmədov deyib.
«Notariat orqanlarında aparılan əməliyyatların sayı artaraq 3,6 mln.-u ötüb», - deyə o, Ədliyyə Nazirliyinin geniş kollegiya iclasında bildirib.
Bundan başqa, notariat orqanlarında 350 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib.
“Bu əməliyyatlarla bağlı 40,3 mln. manatdan çox dövlət rüsumu və haqq ödənilib”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, yanvarın 1-nə dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4.3 mini, KİV-lərin sayı isə 5.1 mini ötüb.*
R.Babayev