2017-ci il fevralın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $41 mln.-a yaxın (cari məzənnə ilə) vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
“1 fevral tarixinə fondun hesabında 79 mln. 544 min 198,44 manat (cari məzənnə ilə $41,4 mln.-dan çox), $212 min 673,88, 6235,69 avro və 5 min rubl toplanıb”, - deyə məlumatda deyilir.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.*
F.İsazadə