Prezident İlham Əliyev martın əvvəlində İrana rəsmi səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə məlumat verib.
“Hazırda biz səfərin tarixini razılaşdırırq”, - deyə səfir “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.*
F.İsazadə