Bu il Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə məlumat verib.
«Biz Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün təşkili üzərində işləyirik», - deyə səfir “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, dövlət başçılarının görüşünün bu il keçirilməsi planlaşdırılır.
Azərbaycan, İran və RF prezidentlərinin ilk üçtərəfli görüşü 2016-cı ilin avqustunda Bakıda keçirilib.*
F.İsazadə