Azərbaycan istehsalçıları bu ilin yanvar ayında Azexport.az portalı vasitəsilə yerli məhsulların ixracı üçün $4,63 mln. məbləğində sifariş alıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindənməlumat verilib.
“Bu təkliflər əsasən Rusiya, Türkiyə, İraq, Bolqarıstan, Liviya, Moldova və digər ölkələrdən gəlib”, - deyə məlumatda qeyd olunur.
Bolqarıstandan $4 mln. dəyərində qırmızı mərci və $80 min dəyərində fındıq ləpəsi sifarişi gəlib.
İraq və Liviyadan $180 min məbləğində makaron məmulatlarına sifariş daxil olub. Türkiyə, İraq, Liviya, Qana və Nigeriyadan $350 min dəyərində toyuq əti, Moldovadan $20 min dəyərində limonad sifariş olunub.
Bundan başqa, Rusiyadan kosmetik şirkətin, şərab məhsullarının, Fransadan isə nar şirələrinin distribyutorluğu üçün təklif gəlib.
“İstehsalçı şirkətlər məhsul nümunələrini qarşı tərəfə göndərib”, - deyə məlumatda bildirilir.*
A.Axundov