Ötən gün Azərbaycan ərazisində baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, 13 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Sutka ərzində 94 cinayət faktı qeydə alınıb, onların 38-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 55 nəfər tutulub.
Bundan başqa, axtarışda olan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.*
F.İsazadə