Azərbaycanda müvafiq icra hakimiyyəti orqanları xarici aviaşirkətlərə məxsus təyyarələrdə uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququ əldə edəcəklər.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Aviasiya haqqında” qanuna təklif olunan dəyişikliklər qəbul edilib.
Qanunun 6.8-ci maddəsinə əsasən Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı digər dövlətlərə məxsushava gəmilərində uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququna malik olacaq.
Qəza halları istisna olmaqla, hava gəmisinin bortunda olan şəxslərin həyat və sağlamlığı üçün tibbi səbəblərdən təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycan Respublikasının hava məkanına daxil olan istənilən hava gəmisinin təcili enməsinə, həmin hava gəmisinin gömrük nəzarətindən və bu Qanunda nəzərdə tutulmuş digər nəzarətdən keçməsini təmin etmək üçün, yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hava limanında yol veriləcək.*
R.Babayev