Xəzər Beynəlxalq İnvestisiya Şirkəti (CIIC) Qusar rayonunda alma bağlarının salınması üzrə layihənin I mərhələsinin reallaşdırılmasına 650 min manat yönəldib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
"2016-cı ilin dekabrında CIIC bir sıra sahibkarla Qusar rayonunda alma bağlarının salınmasına dair təsis sənədləri imzalayıb. Bu məqsədlə "Our Orchards" MMC təsis edilib. CIIC layihədə 65% paya malikdir", - deyə məlumatda bildirilir.
Layihənin I mərhələsi çərçivəsində CIIC artıq 650 min manat sərmayə qoyub.
"Bu ilin yanvar ayında Fransanın "Dalival" şirkəti ilə alma tinglərinin alınması haqqında müqavilə bağlanıb", - deyə məlumatda qeyd olunur.
Alma bağları 18 hektar ərazidə salınacaq.*
A.Əzizov