Türkiyənin "TUV Austria Turk" beynəlxalq şirkəti Azərbaycanda yeyinti və kənd təsərrüfatı məhsullarının analizi üçün sertifikatlaşdırma laboratoriyası açacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiayyat Nazirliyindən məlumat verilib.
“Şitkətlə ölkəmizdə yeyinti və kənd təsərrüfatı məhsullarının analizi üçün sertifikatlaşdırma laboratoriyasının yaradılması barədə ilkin razılığa gəlinib”, - deyə nazirlikdən qeyd ediblər.
Bundan başqa, hazırda nazirliyin müxtəlif struklturları Azərbaycanın xidmətlər, sənaye, ASK sahələrinə sərmayələrin cəlb olunması məqsədilə Hindistan, İspaniya, ABŞ, İasrail, Türkiyə, Qətər, Almaniya, Səudiyyə Ərəbidtanı, BƏƏ, Yaponiya şirkətləri ilə danışıqlar aparır.
"TUV Austria Group" ştatında ixtisaslı əməkdaşların çalışdığı müstəqil şirkətdir. Şirkətin laboratoriyaları ən yeni avadanlıqlarla təchiz olunub. Şirkət Avropada sertifikatlaşdırma üzrə tanınmiş orqandır. **
A.Əzizov