2007-2016-cı illərdə Azərbaycanda 444,9 mln. ton neft hasil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"2007-2016-cı illərdə respublikada qaz kondensatı da daxil olmaqla, 444,9 mln. ton neft çıxarılıb. 2007-ci illə müqayisədə 2016-cı ildə Azərbaycanda neft hasilatı 1,3 dəfə artıb", - deyə məlumatda qeyd olunur.
Son 10 ildə ölkənin neft sektorunda ÜDM-nin həcmi 1,5 dəfə artıb.
2016-cı ildə Azərbaycanda 41 mln. tondan çox neft hasil olunub.*
A.Əzizov