Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların müfəssəl ləğv planlarını hazırlayıb və təsdiq edilməsi üçün müvafiq məhkəmə instansiyalarına təqdim edib. Bu barədə ADİF-dən məlumat verilib.
Söhbət ADİF-in ləğvedicisi olduğu “Atrabank”, “Kredobank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”, “Texnikabank”, “Zaminbank”, “Royal Bank”, “Gəncəbank” ASC, “Bank Standard” QSC-dən gedir.
“Müfəssəl ləğv planları bankın aktivlərini və passivlərini göstərən maliyyə hesabatını, bankın keçmiş və proqnozlaşdırılan gəlirləri və xərcləri haqqında rüblük hesabatları, bankın tələblərinin ödənilməsinə yönəldilən məhkəmə və məhkəmədənkənar hərəkətlər haqqında hesabatı və s. məlumatları özündə əks etdirir”, - deyə məlumatda deyilir.\
Xəbər verildiyi kimi, qeyd olunan 9 bankın lisenziyaları geri alınıb, həmin banklar barəsində müflis qərarları qəbul olunub. **
A.Axundov