PakistanMilli Assambleyasının Xarici Əlaqələr üzrə Daimi Komitəsi (ParlamentinAşağı Palatası)Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən qətnamə qəbul edib.Bu barədə Pakistanın khybernews.tv nəşri məlumat verir.
“Ötən gün qəbul olunan qətnamədə həmçinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci ilin 26 fevralında Xocalıda dinc əhaliyə qarşı törədilən soyqırım pislənilib”, - deyə nəşrdə qeyd olunur.
Sənəddə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi bir daha ifadə edilib, habelə BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının Erməni Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən qətnamələrin tez bir zamanda icrası tələb olunub.
“Qətnamədə, o cümlədən, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərinə dəstək ifadə olunub”, - deyə nəşrdə vurğulanır. **
F.İsazadə