İcbari Sığorta Bürosu (İSB) “Alfa Sigorta”şirkətinə qarşı irəli sürülən sığorta tələbləri üzrə kompensasiya ödənişlərinin verilməsinə başlayıb. Bu barədə ISB-nin məlumatında deyilir.
“İcbari Sığorta Bürosu “Alfa Sığorta” ASC tərəfindən rəsmiləşdirilmiş icbari sığorta müqavilələri üzrə zərərçəkmiş şəxslərə kompensasiyaödənişlərininin 02 fevral 2017-ci il tarixindən etibarən ardıcıllıqla həyata keçirilməsi prosesinə başlayıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ləğv prosesində olan “Alfa Sığorta” ASC tərəfindən rəsmiləşdirilmiş icbari sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələri ilə əlaqədar zərərçəkmiş şəxslərə İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişlərinin verilməsi üçün toplanmış sənədlərin hüquqi ekspertizası, zərərçəkmiş şəxslərlə görüşlərin təşkili və təhvil-təslim işləri yekunlaşdırılıb.*
A.Axundov