Ötən gün Azərbaycan ərazisində 77 cinayət faktı qeydə alınıb, onların 21-i “isti izlər”lə açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Cinayət törətdiklərinə görə 42 nəfər tutulub.
Bundan başqa, axtarışda olan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.**
F.İsazadə